MİQ imtahanlarına start verilib

İyulun 11-dən 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5 430 namizəd dəvət olunub.
58 000-ə yaxın namizədin iştirak edəcəyi test imtahanları 11-15 iyul tarixlərində ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Oxşar Xəbərlər:

21 iyun 2023, Çərşənbə
Nazirlik: Növbəti sertifikasiya imtahanlarının vaxtı barədə məlumat ilin sonuna doğru veriləcək

13 aprel 2023, Cümə axşamı
Aprelin 16-da ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

30 mart 2023, Cümə axşamı
DİM-in aprelin 2-də keçiriləcək imtahanlarında 27 mindən çox abituriyent iştirak edəcək