Pressa.az » Ölkə » Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

18 dekabr 2025, Cümə axşamı, 15:36
Beybutovun 4 milyonu kimdədir? - Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin məhkəməsi başlayıb.

Liderxeber.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

Bu iş üzrə 5 nəfər-Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov, tanışları-Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə edilir. Onlardan yalnız Ceyhun Əşrəfov azadlıqdadır.