Pressa.az » Ölkə » 200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

23 dekabr 2025, Çərşənbə axşamı, 11:24
200 manatlıq yardım kimlərə və necə ödəniləcək?

"Prezident İlham Əliyevin imzaladığı "Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir".

Liderxeber.az xəbər verir ki, deputat Vüqar Bayramov bununla bağlı fikirlərini özünün sosial şəbəkə hesabında paylaşıb.

V.Bayramov Sərəncamın icrası ilə bağlı ünvanlanan sualları və onlara cavablarını qısa olaraq aşağıdakı kimi təqdim edib:

- Kimlərə yardımlar ödəniləcək?

- Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələrə şamil ediləcək. Yəni hazırda sözügedən proqramın iştirakçısı olanlar həmin yardımı almaq imkanına malik olacaqlar. Bu isə o deməkdir ki, yardımlar 76 min ailəyə şamil olunacaq.

- Yardımlar necə ödəniləcək?

- Yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.

- Yardımların alınması üçün hara müraciət edilməlidir?

- Yardımların təyinatı və ödənilməsi proaktivdir. Bu o deməkdir ki, mövcud elektron baza əsasında yardımların kartlara ödənilməsi reallaşacaq.

- Digər sosial proqramlarda iştirak edənlər bu yardımı ala bilərlərmi?

- 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur.

- Ünvanlı sosial yardıma müraciət edən, amma hələlik yardım təyin olunmayan ailələrə 200 manat ödəniləcəkmi?

- 200 manatlıq birdəfəlik maddi yardım ünvanlı dövlət sosial yardımı artıq təyin olunmuş ailələrə şamil olunur.