Azərbaycanda yenilənmiş 50 manatlıq tədavülə buraxılır
Bu gündən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun imzasının əks olunduğu yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır.
Liderxeber.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, imza pul nişanının ön tərəfindən sol yuxarı küncdə təsvir edilib.
Nişanın üzərində həmçinin "2025" istehsal ili əks olunub.
Yenilənmiş 50 manatlıq əsginasın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb. Əsginas hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Oxşar Xəbərlər:
18 sentyabr 2023, Bazar ertəsi
Mərkəzi Bank tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır
25 sentyabr 2023, Bazar ertəsi
Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb
