Pressa.az » Ölkə » Hakim olmaq istəyənlərin nəzərinə

Hakim olmaq istəyənlərin nəzərinə

25 dekabr 2025, Cümə axşamı, 14:51
Hakim olmaq istəyənlərin  nəzərinə

Hakimliyə qəbul olmaq üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı 2026-cı il iyun ayının 28-də keçiriləcək.

Liderxeber.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına köməklik məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən "Hakim vəzifəsinə namizədin yaddaş kitabçası" Məhkəmə-Hüquq Şuranın jlc.gov.az rəsmi internet səhifəsində yerləşdirilib.

İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcək.

Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.