Pressa.az » Ölkə » Onlara 14 ilə kimi qiyabi həbs verildi

Onlara 14 ilə kimi qiyabi həbs verildi

26 dekabr 2025, Cümə, 17:42
Onlara 14 ilə kimi qiyabi həbs verildi

Xaricə qaçıb gizlənən Qurban Məmmədov, Tural Sadıqlı, Orduxan Teymurov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Rəfael Piriyev və Orxan Ağayevin məhkəmə araşdırması başa çatıb.

Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan qiyabi icraat üzrə hökm oxunub.

Hökmə əsasən, Qurban Məmmədov və Tural Sadıqlı 14, digərlərinə 9 il müddətinə qiyabi həbs cəzası verilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər çoxsaylı ağır cinayətlərin törədilməsində ittiham edilirlər.