Yaşayış minimumu 300 manat oldu
Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
Liderxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir.
Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
16 dekabr 2024, Bazar ertəsi
Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib
