Milli Məclis gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını III oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Liderxeber.az-ın xəbərinə görə, layihədə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Yaşayış minimumuna paralel olaraq gələn il üçün ehtiyac meyarı da 285 manat olmaqla təsdiqlənib.
Məlumat üçün bildirək ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

13 iyun 2023, Çərşənbə axşamı
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb