Pressa.az » Ölkə » Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

05 yanvar 2026, Bazar ertəsi, 14:10
Bakıda 71 yaşlı kişi damdan yıxılıb öldü

Bakıda 71 yaşlı kişi evinin damından yıxılıb ölüb.

Liderxeber.az-ın məlumatına görə, hadisə yanvarın 3-də axşam saat 17 radələrində paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Nazim Məmmədqulu oğlu Hüseynov yaşadığı evin dam örtüyünü təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.