Pressa.az » Ölkə » Vətən müharibəsi qazilərindən neçəsinə protez verilib?

Vətən müharibəsi qazilərindən neçəsinə protez verilib?

08 yanvar 2026, Cümə axşamı, 14:00
Vətən müharibəsi qazilərindən neçəsinə protez verilib?

"Post-müharibə dövründə Vətən müharibəsi ərəfəsində aşağı və yuxarı ətraflarını itirmiş 619 nəfər müharibə iştirakçısına 419 yüksəktexnologiyalı reabilitasiya vasitəsi verilib".

Liderxeber.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib.

O bildirib ki, 14 nəfər isə qaçış üçün 15 reabilitasiya vasitəsilə təmin olunub.

Sədrin sözlərinə görə, yüksək texnologiyalı protezlər elektron komplektləşdirici ilə beyin və əzələdən gələn impulslar əsasında vətəndaşın istədiyi istiqamətdə hərəkətini təmin edir, funksionallıq və rahatlıq yaradır.

Ramin Rzayev vurğulayıb ki, post-müharibə dövründə reabilitasiya xidmətləri nəticəsində 260 nəfərdən çox əlilliyi olan şəxsin itirilmiş orqanizm funksiyaları bərpa olunub.