Məhkəmədən Ağadadaş Ağayevlə bağlı yeni qərar
Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Xalq artisti Ağadadaş Ağayevin şərti cəzadan azad edilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılıb.
Liderxeber.az-ın məlumatına görə, prosesdə qərar qəbul edilib. Qərara əsasən, A.Ağayevə amnistiya aktı tətbiq edilib, o, cəzasının çəkilməmiş hissəsindən azad olunub və məhkumluğu götürülüb.
Xuliqanlıqda təqsirləndirilərək 2 il azadlıqdan şərti məhkum edilən Xalq artisti Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsinə gəlib.
Liderxeber.az-ın məlumatına görə, bu dəqiqələrdə Xalq artistinin cəzadan azad olunması ilə bağlı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müraciətinə baxılır.
