“Pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”
Azərbaycanda pensiya yaşının artırılması və ya azaldılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.
O bildirib ki, 2026-cı ildə aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil.
Qeyd edək ki, 2026-cı il iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Bununla da Azərbaycanda kişilər və qadınların pensiya yaşı bərabərləşəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
