Pressa.az » Ölkə » Metroda sərnişin öldü - Yenilənib

Metroda sərnişin öldü - Yenilənib

17 yanvar 2026, Şənbə, 12:30
Metroda sərnişin öldü - Yenilənib

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasında ölüm hadisəsi baş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, stansiyanın platformasında sərnişinlərdən birinin halı pisləşib.

Dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, kişi sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunub ki, hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:30 radələrində Mərkəzə “20 Yanvar” stansiyasının platformasında bir nəfərin halının pisləşməsi səbəbilə təcili çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.