Metroda hadisədən sonra qatarların hərəkəti bərpa olunub
Bakı metrosunda qatarların hərəkəti bərpa olunub.
Bu barədə Liderxeber.az “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilir ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür. Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılaraq "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Qatarın yoluna düşən sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır, kişidir.
13:26 Metronun "28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə“Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
13:42 Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq. Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.