Pressa.az » Ölkə » Sumqayıtda ev yandı - Video

Sumqayıtda ev yandı - Video

31 yanvar 2026, Şənbə, 09:23
Sumqayıtda ev yandı - Video

Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verib.

Liderxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 70kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Evin qalan hissəsi və bitişik tikilmiş evlər yanğından mühafizə olunub.


Oxşar Xəbərlər:

“Yeni təkər bazarı” yandı - Video
03 iyun 2025, Çərşənbə axşamı
“Yeni təkər bazarı” yandı - Video
Bakıda yaşayış binasında güclü yanğın olub
25 fevral 2025, Çərşənbə axşamı
Bakıda yaşayış binasında güclü yanğın olub
Sumqayıtda yanğın- Video
14 may 2025, Çərşənbə
Sumqayıtda yanğın- Video