Yolu keçmək istəyərkən maşın vurub öldürdü
İsmayıllı rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə bu gün saat 02 radələrində rayonun Xanagah kəndi ərazisində qeydə alınıb.
Belə ki, Zaur Bilalov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 36 yaşlı Cavad Xəlilovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
