Pressa.az » Ölkə » Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

13 iyul 2024, Şənbə, 14:57
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Ağsu-Kürdəmir yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini Əhmədov Şükran Rəvan oğlu idarə etdiyi Chevrolet markalı avtomobillə yolu keçmək istəyən piyada, Kürdəmir rayon Çıxımlı kənd sakini, 1952-ci il təvəllüdlü İbrahimov Əhmədağa Əlövsət oğlunu vurub.Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasl və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.