Karapetyan baş nazir vəzifəsinə namizəd oldu
“Güclü Ermənistan” partiyası ölkənin Baş naziri vəzifəsinə namizədini elan edib.
Liderxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyunun 7-si keçiriləcək seçkilərdə partiyanın namizədi erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan olacaq.
Bu barədə partiyanın təqdimatında S.Karapetyanın təşəbbüsü ilə yaradılmış “Öz yolumuzla” adlı hərəkatın koordinatoru Narek Karapetyan bəyan edib.
Qeyd edək ki, “Güclü Ermənistan”ın ötən gün keçirilmiş təsis qurultayında Samvel Karapetyan sədr seçilib. Onun təxminən 4,5 milyard dollar sərvətə malik olduğu bildirilir.
Ermənistan qanunvericiliyinə görə, ikili vətəndaşlığı olan şəxslər baş nazir vəzifəsinə seçilə bilməz.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 noyabr 2025, Bazar ertəsi
Azərbaycanla ticarət edən ölkələrin sayı 175-ə çatdı: On ayda 2746 məhsul ixrac olunub
