Pressa.az » Ölkə » Sabah direktor olmaq istəyənlər üçün esse mərhələsi keçiriləcək

Sabah direktor olmaq istəyənlər üçün esse mərhələsi keçiriləcək

24 iyul 2023, Bazar ertəsi, 10:00
Sabah direktor olmaq istəyənlər üçün esse mərhələsi keçiriləcək

İyulun 25-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, namizədlər https://miq.edu.az/direktorlar/qanun/esse.pdf linki vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.