Pressa.az » Ölkə » Güclü külək əsəcək - Xəbərdarlıq

Güclü külək əsəcək - Xəbərdarlıq

16 fevral 2026, Bazar ertəsi, 17:14
Güclü külək əsəcək - Xəbərdarlıq

Fevralın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.