Liv Bona Dea Hospitalda ''Hamiləlik Məktəbi'' adlı tədbir keçirilib
28 Yanvar tarixində Liv Bona Dea Hospitalda ''Hamiləlik Məktəbi'' adlı tədbir keçirildi.
LiderXəbər-in məlumatına görə, hamiləlik məktəbində təqibli və təqibsiz hamilələr, ata olmağa hazırlaşanlar və mövzu ilə maraqlanan bir sıra şəxslər iştirak edərək önəmli məlumatlar əldə etdilər.
Proqramda iştirak edən həkimlər və çıxış etdiyi mövzular:
Uzm. Dr. Günel Ziyadova - Hamiləliyin Fiziologiyası, hamiləlik testləri, normal doğum-qeysəriyyə əməliyyatı;
Dyt. Seda Erçetin - Hamiləlikdə qidalanma;
Uzm. Dr. Leyla Abdullayeva - Hamiləlikdə psixoloji sağlamlıq;
İdil Ece Bal - Hamiləlikdə idman;
Uzm. Dr. Ramin Verdixanov - Doğumda anesteziya;
Uzm. Dr. Pınar Karadeniz - Ana südünün əhəmiyyəti;
Mama Surəyyə Məmmədova - Əmizdirmə;
Uzm. Mama Turanə - Yenidoğulmuşun baxımı.
Tədbirin bağlanış mərasimində ana olmağa hazırlaşanlara Livv Bona Dea Hospital adından sertifikatlar təqdim olundu.