Liv Academy proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub
Liv Bona Dea Hospitalda Liv Academy proqramını uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
LiderXəbər-in məlumatına görə, Liv Academy proqramı beynəlxalq arenada həkimlər və səhiyyə işçiləri üçün təlim fürsəti yaradır və bu proqramda iştirak etmək istəyən həkimlər, tələbələr bu fürsəti dəyərləndirərək gələcək karyera inkişafına investisiya edə bilərlər.
Hospitalda bu vaxta qədər radiologiya, xəstə baxımı xidmətləri, xəstəxana idarəetməsi və uşaq sağlamlığı üzrə təlimlər tamamlanıb. Gələcəkdə isə reanimasiya, əməliyyatxana, yenidoğanlar və infeksion xəstəliklər üzrə proqramlar keçiriləcək.