ANAMA əməkdaşının vəziyyəti - Açıqlandı
Xocalıda minaya düşən ANAMA əməkdaşının vəziyyəti açıqlanıb.
Bu barədə Liderxeber.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“18 fevral saat 10:30 radələrində Xocalı rayonu Muxtar kəndi ərazisində baş verən mina partlayışı səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pasiyent ixtiaslı tibbi yardım göstərilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Ona bədənin müxtəlif nahiyələrinin qəlpə yarası diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta-ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Xocalıda mina partlayışı zamanı Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) 26 yaşlı əməkdaşı Vasif Fizuli oğlu Çobanov xəsarət alıb.
