Gəncədə işıq dirəyi 2 avtomobilin üzərinə aşdı
Gəncədə güclü külək nəticəsində aşan işıq dirəyi minik və yük avtomobillərinin üzərinə düşüb.
Liderxeber.az xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai prospektində qeydə alınıb.
İşıq dirəyi hərəkətdə olan “Ford” markalı yük avtomobilinin üzərinə aşıb. Bu zaman yol kənarında dayanan və içərisi boş olan “Mitsubishi” markalı minik maşını da ziyan görüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
19 may 2025, Bazar ertəsi
Hövsanda avtobusla toqquşan avtomobil AŞDI - Hadisənin təfərrüatı məlum oldu
