sitename
Son dəqiqə
Pakistanda zəlzələ oldu
Səkkiz saat yatırsınız, amma yenə yorğunsunuz? - Problem düşündüyünüz yerdə olmaya bilər
Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı
ABŞ İranın obyektlərinə zərbələr endirdi
Misir tarixində ilk dəfə DÇ-də pley-off-a vəsiqə qazandı - Video - Yenilənib
Bölmələr
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
Hadisə
26 iyun 2026, Cümə
Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
26 iyun 2026, Cümə
Bir həftə əvvəl qızıl medal qazanmışdı - Vəfat etdi
26 iyun 2026, Cümə
Şimşək çaxır, yağış yağır - Faktiki hava
26 iyun 2026, Cümə
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
26 iyun 2026, Cümə
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi
26 iyun 2026, Cümə
Azərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir
26 iyun 2026, Cümə
Neftçalada 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
26 iyun 2026, Cümə
Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto
Pressa.az » Ölkə » “Bolt”da rüşvətxorluq iddiaları – Rəhbər şəxslər işdən çıxarıldı – VİDEO

“Bolt”da rüşvətxorluq iddiaları – Rəhbər şəxslər işdən çıxarıldı – VİDEO

23 fevral 2026, Bazar ertəsi, 14:56
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
“Bolt”da rüşvətxorluq iddiaları – Rəhbər şəxslər işdən çıxarıldı – VİDEO

Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.

“Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb. Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.

Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da bloklanma açılmır. Bir müddət kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.

Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərini yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki “problemlər” aradan qalxır.

Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.

Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, “öz adamları” hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.

Şikayətçi park sahibi bildirir ki, onun balansında on minlərlə manatlıq vəsait saxlanılmasına, sürücülərin ödənişlərinin vaxtında təmin olunmasına baxmayaraq, parkları bloklanıb və fəaliyyət faktiki olaraq iflic vəziyyətinə salınıb. Sahibkarın sözlərinə görə, bu qərarlar üçün əsaslandırılmış izah verilmir, müraciətlər isə formal cavablarla nəticəsiz qalır.

İddialara əsasən, “Bolt”un bəzi filiallarında reklam stikerlərinin vurulması rəsmi qadağan edildiyi halda, müəyyən şəxslərdən 500 manat tələb olunmaqla bu qadağa qeyri-rəsmi şəkildə aradan qaldırılıb. Şikayətçi bildirir ki, reklam üçün pul yığılması, bu vəsaitlərin filiallar və “baş ofis” arasında bölüşdürülməsi ilə bağlı video və səs yazıları, həmçinin çeklər mövcuddur. Sahibkarın sözlərinə görə, reklamlar rəsmi qadağadan sonra da yalnız “yaxın” parklara icazə verilməklə həyata keçirilib.

Park sahibinin iddiasına görə, bu məsələlər ictimailəşdirildikdən sonra bir sıra sürücülərə və park sahiblərinə ofisdən zənglər edilib, təzyiq göstərilib və nəticədə bir çoxu geri şikayətini çəkərək susmağa məcbur olub. “Estoniyaya müraciət edək” təşəbbüsünə əvvəlcə onlarla adam dəstək versə də, sonradan hamısının mövqeyini dəyişməsi bu iddiaları daha da gücləndirib.

Açıqlamada hava limanı və şəhərdaxili kateqoriyalarla bağlı da ciddi suallar yer alır. Bildirilir ki, bəzi kateqoriyalar faktiki olaraq qapalı saxlanılır, yalnız müəyyən parklara və sürücülərə giriş imkanı verilir. Bunun üçün irəli sürülən şərtlər isə ya real deyil, ya da formal xarakter daşıyır. Park sahibi bunu “gözə kül üfürmək” kimi qiymətləndirir.

Digər ciddi problem isə selfi və kamera tələbləri ilə bağlıdır. Şikayətçi bildirir ki, bəzi sürücülər monitor üzərindən işlədiklərinə və ya telefon kameraları nasaz olduğuna görə selfi tələblərini alternativ cihazdan yerinə yetirdikdə avtomatik bloklanırlar. Halbuki IP, yerləşmə və digər texniki göstəricilər sürücünün eyni şəxs olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, ofislər problemi araşdırmadan bloklamanı açmaqdan imtina edir.

Park sahibi vurğulayır ki, onun parklarında heç vaxt sürücülərin vəsaitlərini nağdlaşdıra bilməməsi problemi olmayıb və hazırda da park balanslarında kifayət qədər vəsait mövcuddur. Buna baxmayaraq, ona qarşı əsassız araşdırmaların aparıldığı, fəaliyyətinin məqsədli şəkildə dayandırıldığı iddia olunur.

Şikayətçi park sahibi bildirir ki, digər platformalardan və parklardan ona əməkdaşlıq təklifləri gəlsə də, o, ilk gündən “Bolt”la işlədiyini və problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istədiyini deyir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi problem deyil – yüzlərlə sürücü və park sahibi eyni vəziyyətdən əziyyət çəkir.

Açıqlamanın sonunda park sahibi “Bolt”un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını, parkların fəaliyyətinin bərpa edilməsini və yalnız bundan sonra hər hansı hüquqi qiymətləndirmənin verilməsini xahiş edir. O, bütün sübutları təqdim etməyə və istənilən platformada – o cümlədən Estoniyada – məsələni şəxsən izah etməyə hazır olduğunu bildirir.

Video keçid

Bakupost.az


Oxşar Xəbərlər:

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
Korrupsiyaya qarşı sistemli mübarizə aparılır
24 aprel 2024, Çərşənbə
Korrupsiyaya qarşı sistemli mübarizə aparılır
Prezident bu şəxsləri əfv etdi - Siyahı
26 may 2025, Bazar ertəsi
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
19 dekabr 2025, Cümə
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO
26 yanvar 2024, Cümə
Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO
Xəbər Lenti
27 iyun 2026, Şənbə
Pakistanda zəlzələ oldu
27 iyun 2026, Şənbə
Səkkiz saat yatırsınız, amma yenə yorğunsunuz? - Problem düşündüyünüz yerdə olmaya bilər
27 iyun 2026, Şənbə
Kimlər təyyarə ilə uçmamalıdırlar? - Mütəxəssis riskləri açıqladı
27 iyun 2026, Şənbə
ABŞ İranın obyektlərinə zərbələr endirdi
27 iyun 2026, Şənbə
Misir tarixində ilk dəfə DÇ-də pley-off-a vəsiqə qazandı - Video - Yenilənib
27 iyun 2026, Şənbə
İraq üçün DÇ başa çatdı - Video
26 iyun 2026, Cümə
“160-ın 160-a” əsir mübadiləsi etdilər
26 iyun 2026, Cümə
Filippində 6.4 bal gücündə zəlzələ baş verib
26 iyun 2026, Cümə
ABŞ “ChatGPT”nin bu modelinin bağlanmasını tələb etdi
26 iyun 2026, Cümə
Avropa İttifaqına üzvlüklə bağlı dəyişikliklər olacaq
26 iyun 2026, Cümə
Bir kənddən 7 şəhid - Prezident hamısını təltif etdi
26 iyun 2026, Cümə
Avstraliyada uşaqlar üçün sosial şəbəkə qadağası sərtləşdirilir
26 iyun 2026, Cümə
Bakı və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
26 iyun 2026, Cümə
Bir həftə əvvəl qızıl medal qazanmışdı - Vəfat etdi
26 iyun 2026, Cümə
Şimşək çaxır, yağış yağır - Faktiki hava
Bütün Xəbərlər
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Site by [email protected]

Забыли пароль? Регистрация