Pressa.az » Ölkə » Neftimiz sürətlə bahalaşır - Qiyməti 86 dolları ötdü

Neftimiz sürətlə bahalaşır - Qiyməti 86 dolları ötdü

04 mart 2026, Çərşənbə, 10:24
Neftimiz sürətlə bahalaşır - Qiyməti 86 dolları ötdü

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Liderxeber.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 6,56 ABŞ dolları və ya 8,2% bahalaşaraq 86,16 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 79,6 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.