Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu - Yenilənib
Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, Daşkəsən rayon sakini Nağıyev Elçin ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Onun yeniyetmə oğlu hadisənin törətməkdə şübhəli bilinir.
Qeyd edilir ki, cinayət ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
***
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı 17 yaşlı K.N. saxlanılıb.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
