Toydan qayıdarkən maşın aşdı - Yaralılar var
Oğuzda avtomobil aşıb.
Liderxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Böyük Söyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb.
Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
10 aprel 2025, Cümə axşamı
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı
