Azərbaycan əlillik arayışı ilə bağlı yeni qayda
Əlillik arayışının verilmə qaydası dəyişir.
Liderxeber.az xəbər verir ki, əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın verilməsi Elektron Hökumət İnformasiya Sisteminə (EHİS) inteqrasiya ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyuna qədər bu inteqrasiyanı təmin etməlidir.
ƏƏSMN, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) xidmətin mövcud iş axınının təqdim edilməsini, myGov platformasında istifadəyə verilməsini, həmçinin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılmasını təmin edəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
13 noyabr 2025, Cümə axşamı
Vətəndaşlar artıq iş yerinə dair arayışı - “mygov”dan da əldə edə biləcəklər
