Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Liderxeber.az xəbər verir ki, bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.
Sözügedən provayderlərin uçotu ləğv edilib.
Xatırladaq ki, "Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb. Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
