Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tarifləri müəyyənləşdirmək səlahiyyəti verilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.
Liderxəbər-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb
Nazirlik Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rabitə və nəqliyyat sahələri ilə bağlı tarifləri və xidmət haqlarını ( Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər, dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tarifləri, yerüstü ümumölkə yayımı, ölkə və yerüstü regional yayımla əlaqədar xidmət haqqı, multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsi üçün xidmət haqqı) İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yeni tariflər və xidmət haqları təsdiq edilənədək mövcud tariflər və xidmət haqları öz hüquqi qüvvəsini saxlayacaq.