Pressa.az » Ölkə » Övladlığa götürülən uşaqlarla bağlı yoxlamaların nəticəsi - Açıqlandı

Övladlığa götürülən uşaqlarla bağlı yoxlamaların nəticəsi - Açıqlandı

08 may 2026, Cümə, 10:05
Övladlığa götürülən uşaqlarla bağlı yoxlamaların nəticəsi - Açıqlandı

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan vətəndaşlarının övladlığa götürdüyü uşaqların həyat şəraiti ilə bağlı 1183, əcnəbilərin övladlığa götürdüyü azərbaycanlı uşaqların həyat şəraitinin öyrənilməsi üçün 26, himayədar ailələrə verilmiş uşaqların ailədəki sosial-psixoloji vəziyyətinin yoxlanılması məqsədilə 516 monitorinq aparılıb və hər hansı neqativ hal aşkar edilməyib”.

Liderxeber.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələriniin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

“Digər tərəfdən, 21 sosial xidmət müəssisəsi vasitəsilə həssas əhali qruplarından olan 3 mindən çox şəxsə xidmət göstərilib, əlilliyi olan 2 mindən çox şəxsə birdəfəlik maddi yardım verilib, həssas təbəqədən olan ailələrə 400 mənzil təqdim olunub.

Uşaqlar arasında risk faktorlarının aşkarlanması məqsədilə onlardan 1392 nəfəri böhran vəziyyətinin qiymətləndirilməsinə cəlb edilib”, - məlumatda qeyd olunub.