Pressa.az » Ölkə » Sabah yağış yağacaq

Sabah yağış yağacaq

08 may 2026, Cümə, 13:47
Sabah yağış yağacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 13-18° isti olacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
Sabah hava necə olacaq?
20 mart 2024, Çərşənbə
Sabah hava necə olacaq?