ÜST-dən hantavirusla bağlı - Xəbərdarlıq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “MV Hondius” kruiz gəmisində yayılan hantavirusla bağlı ölkələrə xəbərdarlıq edib.
Liderxeber.az-ın xəbərinə görə, o, Madriddə keçirilən mətbuat konfransında bildirib ki, yaxın həftələrdə yeni yoluxma hallarının qeydə alınması mümkündür.
Qebreyesus İspaniyaya çətin vəziyyətdə olan gəmini qəbul etdiyinə görə təşəkkür edib və bunu “şəfqət və həmrəylik nümunəsi” adlandırıb.
ÜST rəhbəri hazırkı vəziyyətin genişmiqyaslı epidemiyaya işarə etmədiyini desə də, virusun uzun inkubasiya dövrünün narahatlıq yaratdığını vurğulayıb: “İnkubasiya müddətinin uzun olması səbəbindən yaxın həftələrdə yeni halların ortaya çıxması mümkündür”.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

