Pressa.az » Ölkə » Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

13 may 2026, Çərşənbə, 10:59
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

“Hüquq müdafiəçiləri klubu” layihəsi çərçivəsində Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə növbəti maarifləndirici tədbir keçirilib.

Liderxeber.az xəbər verir ki, şagirdlərin hüquqi biliklərinin artırılması və məhkəmə proseslərinin mahiyyətinin mənimsənilməsi məqsədilə cinayət işi üzrə məhkəmə simulyasiyası həyata keçirilib.

Tədbirdə klubun 12 nəfər fəal üzvü hakim, prokuror, vəkil, müttəhim və şahid rollarında çıxış edərək cinayət mühakiməsinin mərhələlərini real şəraitə uyğun canlandırıblar. Simulyasiya zamanı şagirdlər ittihamın irəli sürülməsi, müdafiə tərəfinin arqumentləri və hüquqi terminologiyadan istifadə sahəsində öz praktik bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, layihə rəhbəri Ləman Məstalıyevanın təşəbbüsü ilə icra olunan bu proses hüquqşünas Xaliq Zeynalovun peşəkar rəhbərliyi ilə təşkil olunub. Layihənin əsas hədəfi şagirdlər arasında hüquqi savadlılığı və vətəndaş məsuliyyətini gücləndirməkdir.