Pressa.az » Ölkə » 28° isti... - Sabahın havası

28° isti... - Sabahın havası

19 may 2026, Çərşənbə axşamı, 13:23
28° isti... - Sabahın havası

Mayın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80%, gündüz 55-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə, günün ikinci yarısından isə əksər rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 19-24° isti olacaq.

Oxşar Xəbərlər:

Bazar günü hava necə olacaq?
27 dekabr 2025, Şənbə
Bazar günü hava necə olacaq?
Bayram günlərinin havası
30 dekabr 2025, Çərşənbə axşamı
Bayram günlərinin havası
Bayram günlərində bölgələrdə qar yağacaq
19 mart 2024, Çərşənbə axşamı
Bayram günlərində bölgələrdə qar yağacaq
37° isti... - Mayın havası
30 aprel 2025, Çərşənbə
37° isti... - Mayın havası