İsveçrədə dəmiryol vağzalında insanlara hücum: Üç nəfər bıçaqlandı
İsveçrənin Vintertur şəhərinin dəmiryol vağzalında naməlum şəxs bıçaqla insanlara hücum edərək üç nəfəri yaralayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Polisin açıqlamasına görə, hücum zamanı zərər çəkmiş üç nəfər xəstəxanaya yerləşdirilib. Hadisə törətməkdə şübhəli bilinən 31 yaşlı İsveçrə vətəndaşı artıq saxlanılıb.
Qeyd olunub ki, həmin şəxs əlində bıçaqla vağzalın vestibülündən qaçaraq yüksək səslə "Allahu Əkbər" şüarları səsləndirib. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar Xəbərlər:
26 may 2025, 10:26
18 apr 2023, 07:46
23 may 2024, 23:41
