Pressa.az » Ölkə » Keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

31 yanvar 2023, Çərşənbə axşamı, 15:29
Keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Ağstafanın Dağkəsəmən kənd bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı araşdırma aparılıb.

Rayon prokurorluğundan verilən məlumata görə, Ariz Bayramovun Dağkəsəmən kənd bələdiyyəsinin sədri işlədiyi müddətdə bələdiyyə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə), 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.