Pressa.az » Ölkə » Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

09 sentyabr 2023, Şənbə, 08:49
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 9-u saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə LiderXəbər-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.