TRIPP üzrə tikinti işlərinə payızda başlanıla bilər
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində müxtəlif tərəfdaşların iştirakı ilə yerlərdə hazırlıq işləri davam etdirilir”.
Liderxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.
Onun sözlərinə görə, tədqiqat və hazırlıq mərhələləri artıq tamamlanmaq üzrədir.
“Əminəm ki, 2026-cı ilin ikinci yarısında, payıza və ya qışa yaxın biz artıq tikinti işləri mərhələsinə keçəcəyik”, - Xudatyan qeyd edib.
Xatırladaq ki, iyunun 6-da ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
12 mart 2026, Cümə axşamı
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
