Sabahdan Bakıda 2 günlük güclü külək olacaq - Xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Liderxeber.az-a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında, Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Gədəbəy, Göygöl, Qax, Balakən, Samux, Şəki, Zaqatala, Kəlbəcər, Laçın, Neftçala, Qobustan, Xızı, Qusar, Naxçıvan MR, Daşkəsən, Goranboy, Naftalan, Şəmkirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar Xəbərlər:
07 fevral 2025, Cümə
Bəzi rayonlarda küləkli və yağıntılı hava davam edir - FAKTİKİ HAVA - 07.02.2025
26 avqust 2025, Çərşənbə axşamı
Hökumət üzvlərinin sentyabr ayı üçün vətəndaş qəbulu cədvəli açıqlanıb
