Pressa.az » Ölkə » TBMM sədri Azərbaycana gəlir

TBMM sədri Azərbaycana gəlir

22 iyun 2026, Bazar ertəsi, 13:42
TBMM sədri Azərbaycana gəlir

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. 

Liderxeber.az xəbər verir ki, səfər 23-24 iyun tarixlərini əhatə edəcək.  

N.Kurtulmuşun Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçiriləcək konfransda müxtəlif mövzular barədə çıxış edəcəyi gözlənilir.

O həmçinin tədbirdə iştirak edəcək xarici həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.