Pressa.az » Ölkə » Xarici dövlətlərdəki silahlı münaqişələrə qoşulan azərbaycanlılara xəbərdarlıq edilib

Xarici dövlətlərdəki silahlı münaqişələrə qoşulan azərbaycanlılara xəbərdarlıq edilib

08 iyul 2026, Çərşənbə, 14:06
Xarici dövlətlərdəki silahlı münaqişələrə qoşulan azərbaycanlılara xəbərdarlıq edilib

"Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə Azərbaycan vətəndaşlarının iştirakına şahid oluruq".

Liderxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacirlər naziri Əymən Əs-Səfadin ilə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, müxtəlif vədlər - pul və yollarla həyata keçirilir:

"Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirik ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər, hətta Azərbaycan vətəndaşlığından məhrumedilmə ilə nəticələnə bilər".