"Azərenerji": "Laçında həlak olanlar əməkdaşlarımız deyil"
Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
09:54
Bu gün saat 09:00 radələrində Laçın rayonunun Mollalar kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.