Pressa.az » Ölkə » Həkim: "Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur"

Həkim: "Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur"

22 sentyabr 2023, Cümə, 11:30
Həkim: "Narkoz bədəndən mədə-bağırsaq sistemi və qusma ilə xaric olmur"

"Narkoz bədəndən mədə-bağırsaq sistemi, qusma ilə xaric olmur".

LiderXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, professor Fuad Həsənov deyib.

Onun sözlərinə görə, cərrahi əməliyyatlar zamanı həyat əhəmiyyətli orqanların fəaliyyətinə ciddi nəzarət edilməlidir:

Professor vurğulayıb ki, bir çox xəstəliklərin müalicəsi yalnız cərrahi yolla mümkün olur.

O söyləyib ki, cərrahi müdaxilə aparmaqla reallaşa bilən müalicə prosesinin ağrı ilə müşahidə olunması təbiidir: "Ümumi anesteziya zamanı istifadə olunan dərman preparatları əsasən ağciyərlər, böyrəklər və qaraciyər vasitəsilə xaric olur və ya neytrallaşdırılır. Son bir neçə onillikdə anesteziologiya əhəmiyyətli dərəcədə inkişaf edib və ümumi anesteziyaya baxış, onun aparılması, idarə olunması yüksək səviyyəyə çatıb. Bu proses həm yüksək texniki imkanları olan müasir narkoz tənəffüs aparatlarının, həyat əhəmiyyətli orqanların fəaliyyətinə fasiləsiz nəzarət aparmağa imkan verən cihazların (monitorların) əldə edilməsi, həm də toksiki və arzuolunmayan təhlükəli yanaşı təsiri çox az olan dərman maddələrinin (anestetiklərin) anestezioloji arsenala təqdim edilməsi ilə həyata keçirilir. Az toksiki təsiri olan preparatlar imkan verir ki, müasir anesteziologiyada qusma və digər neqativ hallar, başqa fəsadlar çox az hallarda təsadüf edilsin".