Türkiyə yelkənçiləri Bakıda - Fotolar
Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan çempionatında iştirak edəcək Türkiyə komandası Bakıdadır.
Liderxeber.az xəbər verir ki, 9 idmançı və 1 nəfər milli komanda məşqçisindən ibarət heyətlə paytaxta gələn qonaqlar Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən bazası ilə tanış olublar.
Xatırladaq ki, ölkə çempionatı 12–14 sentyabr tarixlərində Şıxov çimərliyi ərazisində təşkil olunacaq. Yarışlara hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da keçiriləcək.




Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
12 sentyabr 2024, Cümə axşamı
Həndbol Federasiyasının rəsmisi: Azərbaycan çempionatında komanda sayı artıb, yarışın formatında da yenilik var
