Yük maşını aşdı, toyuqlar yola dağıldı
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb.
Liderxeber.az xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Xeyli miqdarda qida və qeyri-qida məhsulu yola dağılıb.
Oxşar Xəbərlər:
20 fev 2025, 09:43
24 yan 2024, 10:30
15 dek 2025, 10:10
04 avq 2025, 17:29
14 iyl 2025, 12:28
