Pressa.az » Ölkə » Qənirə Paşayevanın son durumu açıqlanıb

Qənirə Paşayevanın son durumu açıqlanıb

27 sentyabr 2023, Çərşənbə, 10:21
Qənirə Paşayevanın son durumu açıqlanıb

"Pasiyentimiz Qənirə Paşayevanın müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir".

Bu barədə Mərkəzi Klinikadan məlumat verilib.

Bildirilib ki, kompleks müayinə və müalicə tədbirləri aparılır: "Ümumi vəziyyəti ağır olaraq qiymətləndirilir".

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.