Pressa.az » Ölkə » Xaçmazda avtomobillər toqquşub, xəsarət alanlar var

Xaçmazda avtomobillər toqquşub, xəsarət alanlar var

29 sentyabr 2023, Cümə, 10:42
Xaçmazda avtomobillər toqquşub, xəsarət alanlar var

Xaçmaz şəhərinin Alı Mustafayev küçəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

LiderXəbər xəbər verir ki, "VAZ-2107" markalı minik avtomobili hərəkətdə olarkən eyni markalı nəqliyyat vastəsilə toqquşub.

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Zeynalov Mais Saleh oğlu və 2006-cı il təvəllüdlü Abbasov Ənvər Məkan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hadisənin təfərrüatı araşdırılır.