Pressa.az » Ölkə » "YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir

"YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir

29 sentyabr 2023, Cümə, 14:22
"YAŞAT" Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir

19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb. 

LiderXəbər xəbər verir ki, bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər. 

"Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau 

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.